Digər idman növləri
“Azarkeşlərimizi sevindirməyi hədəfləmişik” – Millimizin liberosu
Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisinin liberosu Kənan Allahverdiyev komandanın toplanışını dəyərləndirib, qarşıdakı yarışlarla bağlı gözləntilərini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, o, federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“İslamiadaya və Avropa çempionatının təsnifat oyunlarına hazırlığımız davam edir. Bəzi oyunçularımız sonradan bizə qoşuldular. May ayından başlayan toplanışın ilkin mərhələsində demək olar ki, bir ay ərzində əsas diqqət fiziki hazırlığa yönəldi. Hazırda düşərgədə 18 voleybolçu var və zalda toplarla komanda şəklində məşqlər edirik.
Sonuncu İslam Həmrəyliyi Oyunlarında yaxşı çıxış etdik və gümüş medalları qazandıq. İnanıram ki, bu dəfə də uğurlu çıxışı davam etdirəcəyik və vətənə medalla qayıdacağıq.
AÇ-2023-ün təsnifat oyunlarına gəlincə, orada güclü komandalarla bir qrupda mübarizə aparacağıq. Buna baxmayaq, meydançaya qələbə üçün çıxacağıq. Bütün gücümüzü meydanda qoyub azarkeşlərimizi sevindirməyi hədəfləmişik”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”