Dünya futbolu
“Beşiktaş”da fransalı baş məşqçi
Türkiyənin “Beşiktaş” komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisini fransalı məşqçi Valeryen İsmael çalışdıracaq.
Super Liqa nəhəngi artıq yeni baş məşqçi ilə danışıqlara başlayıb. Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Anlaşmaya əsasən, 47 yaşlı mütəxəsislə 1+1 illik müqavilə imzalanacaq. Hazırda komandaya rəhbərlik edən Önder Karaveli isə məşqçilər korpusunda yer alacaq.
Valeryen İsmael son olaraq İngiltərənin “Vest Bromviç” komandasını çalışdırıb. 46 yaşlı mütəxəssis sözügedən klubdan bu ilin fevralında ayrılıb. O, daha öncə “Barnsli”, LASK, “Apollon” (Smirnis), “Volfsburq” klublarının da əsas komandalarına rəhbərlik edib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”