Dünya futbolu
Bundesliqa klubunda yeni baş məşqçi
Almaniyanın “Şalke” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra isveçrəli Kristian Qross çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 66 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, bir neçə gün öncə istefaya göndərilən Manuel Blumu əvəz edib.
Qross bundan əvvəl “Qrasshoper”, “Tottenhem”, “Bazel”, “Ştutqart”, “Yanq Boyz”, “Əl-Əhli” kimi klubları çalışdırıb.
Hazırda 4 xalla autsayder olan “Şalke” artıq 29 oyundur ki, Bundesliqada qalib gələ bilmir. Komanda sonuncu dəfə yanvarın 17-də Münhenqladbax “Borussiya”sını məğlub edib – 2:0.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”