Dünya futbolu
“Çelsi” bu günü də gördü
“Çelsi” futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında “Bavariya”ya məğlub olub.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Londonda keçirilən və 0:3 hesabıyla bitən matç “zadəganlar” üçün xoşagəlməz ilklə yadda qalıb. Belə ki, “Çelsi” avrokuboklar tarixində ilk dəfə öz meydanında üç top fərqiylə uduzur.
Bununla yanaşı, “Çelsi” bu mövsüm Frenk Lempardın rəhbərliyi ilə artıq 8-ci ev oyunudur ki, uduzur. Bu, “zadəganlar”ın 1985/86 mövsümündən bu yana ən pis göstəricisidir.
“Bavariya” və “Çelsi” arasında ÇL-in 1/8 final mərhələsinin cavab matçı martın 18-də keçiriləcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”