Dünya futbolu
ÇL-in finalı İstanbuldan alınır?
Çempionlar Liqasının finalı növbəti dəfə İstanbuldan alına bilər. UEFA ehtiyat variant kimi bu barədə düşünür.
Futbolinfo.az xəbər verir ki, UEFA rəhbərliyi hər ehtimala qarşı Portuqaliya Futbol Federasiyası ilə rəsmi danışıqlara başlayıb. İngiltərə mətbuatının yazdığına görə, qitə futbol qurumu bu il iyunun 10-da qardaş ölkədə keçirilməli olan final matçını riskə atmamaq üçün alternativləri düşünür.
Məsələ ondadır ki, Türkiyədə mayın 14-də prezident seçkiləri baş tutacaq. UEFA ölkədə vəzyyətin qarışmasımı ehtimal edir və bu üzdən bəd proqnozlar doğrulacağı halda finalın İstanbuldan alınaraq, Portuqaliyadakı “Estadio da Luz” stadionuna verilməsi planlaşdırılır. Sonradan problem yaranmaması üçün UEFA indidən ehtiyat variantı düşünüb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”