Dünya futbolu
“Dənizlispor”un Super Liqanı tərk edəcəyi dəqiqləşdi
Futbol üzrə Türkiyə Super Liqasını tərk edəcək ilk klub bəlli olub.
Futbolinfo.az xəbər verir ki, 39-cu turda doğma meydanda “Rizəspor”a 0:1 hesabıyla uduzan “Dənizlispor” elita ilə vidalaşıb.
Turnir cədvəlinin sonuncu – 21-ci sırasında yer alan “Dənizlispor”un hazırda 28 xalı var. Bu üzdən də sözügedən komandanın sona 3 tur qalmış elitanı tərk edəcəyi rəsmiləşib.
Qeyd edək ki, Türkiyə Super Liqasında hazırda elitanı tərk etməyə digər əsas namizədlər “Gənclərbirliyi” (35 xal), “Ərzurumspor” (37 xal) və “Kasımpaşa”dır (37 xal). 16-17-ci sıralarda qərarlaşan “Ankaragücü” ilə “Kayserispor”un 38 xalı var. 14-cü və 5-ci pillələri bölüşən “Yeni Malatyaspor”la son çempion “Başakşəhər” isə 40 xala malikdir.
Bu mövsüm reqlamentə əsasən, dörd klub Super Liqanı tərk etməlidir.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”