Ölkə futbolu
De Byazinin köməkçisi İtaliya klubu ilə anlaşdı
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin köməkçilərindən olan Fabio Qallonun yeni iş yeri müəyyənləşib.
Futbolinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis İtaliyanın C Seriyasında çıxış edən “Foca”nın baş məşqçisi olacaq.
Qallo mövsümün sonunadək komandaya rəhbərlik edəcək. O, bu postda bir neçə gün öncə istefaya göndərilmiş Roberto Boskalyanı əvəz edəcək.
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi bu gün yığmanın baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə aparacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”