Ölkə futbolu
“Neftçi”nin yeni hücumçusu Bakıya gəldi
“Neftçi”nin Bolqarıstanın ÇSKA (Sofiya) klubundan icarəyə götürdüyü futbolçu Ahmed Ahmedov artıq Bakıdadır.
Futbolinfo.az xəbər verir ki, bu barədə “Report”a klubun Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.
Onun sözlərinə görə, bolqarıstanlı hücumçu sabah tibbi müayinədən keçəcək. Allahverdiyev bildirib ki, 26 yaşlı forvardın Premyer Liqanın XVI turunun “Qəbələ” ilə ev oyununda meydana çıxıb-çıxmayacağı onun fiziki durumundan asılı olacaq və son qərarı məşqçilər heyəti verəcək.
Qeyd edək ki, “Neftçi” milliyyətcə türk olan Ahmed Ahmedovla cari mövsümün sonunadək müqavilə imzalayıb. Futbolçu ilk dəfə legioner həyatı yaşayacaq. O, Bolqarıstanın “Çernomorets” (Burqas), “Burqas”, “Pomorye” və “Dunav” (Ruse) komandalarının da formasını geyinib. Ahmedov 2020-ci ilin fevralından çıxış etdiyi ÇSKA-da 5 qol vurub.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”