Dünya futbolu
Osimheni Betu əvəzləyə bilər
“Napoli” “Udineze”nin hücumçusunu transfer etmək istəyir. Son İtaliya çempionu udinelilərin hücumçusu Betu üçün 25 milyon avro ödəməyə hazırdır. Artıq rəsmi təklif göndərilib.
Futbolinfo.az xəbər verir ki, neapollular bu transferlə satılacağı ehtimal olunan Viktor Osimhenə layiqli əvəzedici tapmaq niyyətindədir. Onların ilk hədəfi 25 yaşlı portuqaliyalıdır.
“Udineze” Betunu satmağın əleyhinə deyil. Lakin bunun üçün 35 milyon avro ödəmək lazımdır. Bu məbləğ hücumçunun müqaviləsində sərbəstqalma maddəsi kimi qeyd edilib.
Qvineya-Bisau əsilli futbolçu ötən yay “Portimonense”dən 7 milyon avro qarşılığında “Udineze”yə keçib. Onun müqaviləsinin bitməsinə daha 3 il var, lakin sərgilədiyi oyunla qitə nəhənglərinin hədəfinə indidən düşüb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”