Dünya futbolu
Premyer Liqa klubu Kaliniçi satdı
İngiltərənin “Aston Villa” klubunun qapıçısı Lovre Kaliniçi birdəfəlik satıb.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu bir müddət əvvəl “Hayduk” klubuna icarəyə verilmişdi.
Lakin Split təmsilçisi Kaliniçi birdəfəlik transfer etməyə qərar verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kaliniç, 2023-cü ilin yayına qədər “Hayduk”da çıxış edəcək.
Kaliniç bu mövsüm “Aston Villa” ilə Premyer Liqada heç bir oyuna çıxmayıb. O, 2018-ci ildən Premyer Liqa təmsilçisində forma geyinirdi.
“Hayduk” klubunun yetirməsi olan qapıçı Xorvatiya yığmasında 19 oyun keçirib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”