Dünya futbolu
“Qarabağ”ın potensial rəqibində yeni baş məşqçi
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqiblərindən olan “Legiya”da baş məşqçi Aleksandr Vukoviç istefaya göndərilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Varşava təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Vukoviçin yerinə komandanın “sükanı arxasına” Çeslav Mixneviç gətirilib. 50 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Mixneviç, son olaraq Polşanın U-21 millisində baş məşqçilik edib. O, noyabra kimi yığmadakı işinə də davam edəcək.
“Legiya” Polşa Ekstraklasasında 4 turdan sonra 6 xalla 6-cı sıradadır.
“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 10:00
Samir Abasov Xaviylə görüşə gedib