Dünya futbolu
“Qarabağ”la oyundan sonra azarkeşləri söyüb
“Olimpiakos”un futbolçusu Pape Abu Sisse Yunanıstanda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının oyunundan sonra yerli azarkeşləri söyüb.
Futbolinfo.az xəbər verir ki, fanatlar 27 yaşlı müdafiəçini 83-cü dəqiqədə əvəzləndiyi vaxt fitə basıblar.
Seneqallı oyunçu matç bitəndən sonra paltardəyişmə otağına gedərkən tribunada eşitdiklərinə reaksiya verib və bəzi tərəfdarları yunanca söyüb.
Pirey təmsilçisinin baş məşqçisi Miçel Qonsales Sissenin davranışına belə münasibət bildirib: “Futbolçu meydanda səhv edəndə bunu qəbul edə bilərsən, amma meydandan kənarda yox. Bu, lazımsız və qəbuledilməzdir”.
“Olimpiakos”un müdafiəçisinin hərəkəti ilə bağlı müzakirələr aparılacağı və onun cəzalandırılacağı gözlənilir.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”