Dünya futbolu
“Real” daha bir futbolçusu ilə müqavilənin müddətini uzatdı
İspaniyanın “Real” klubu futbolçusu Naço Fernandeslə müqavilənin müddətini uzadıb.
Futbolinfo.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçinin yeni sözləşməsi 2024-cü yayında başa çatacaq.
“Real”ın yetirməsi olan Naço Fernandes 2011-ci ildən əsas komandadadır. O, bu müddət ərzində 5 dəfə UEFA Çempionlar Liqasının, 4 dəfə UEFA Super Kubokunun 3 dəfə La Liqanın, 5 dəfə klublararası dünya çempionatının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun qalibi olub.
“Kral klubu” daha əvvəl Toni Kroosun müqaviləsinin müddətini artırıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 10:00
Samir Abasov Xaviylə görüşə gedib