Bizi izləyin

Milli komanda

Rəqibimiz Estoniyadan nə ilə fərqlənirik?

blank
blank

Slovakiya ilə səfər matçında millimizin heyətində cəmi iki oyunçu Azərbaycan futbolunun yetirməsi idi. Söhbət Bəhlul Mustafazadə ilə Elvin Cəfərquliyevdən gedir.

Azərbaycandan kənarda doğulanlarla milliləşdirilənlərin sinteindən qurulan komanda ilə işıqlı gələcəyə addımlamaq istəyən AFFA-nı nə qədər tənqid etsək də, saqqalımız olmadığına görə sözümüz keçmir. Amma qələmimiz ki var. Ona görə də dayanmayacaq, problemləri qabardacağıq. Başqa ölkələrdən konkret nümunələr gətirməklə.

Ötən dəfə Gürcüstan və Ermənistan millisinin heyətinə nəzər salarkən, bu komandaların oyunçularının hansı klubların yetirməsi olduğunu diqqətinizə çatdırdıq. Məlum oldu ki, Gürcüstan millisinin futbolçuları əsasən yerli klubların yetirməsidirsə, ermənilər qismən bizim yolumuzu gedir.

Yaxın qonşularımıza baxdıq, indi uzaq “qohumlar”a göz gəzdirməyin vaxtıdır. Yeri gəlmişkən, yaxın vaxtlarda həmin uzaq “qohum”lardan biri ölkəmizə səfər edəcək. Söhbət Avropa çempionatının seçmə mərhələsində millimizlə qarşılaşacaq Estoniya seçməsindən gedir. Görəsən, bu ölkəninin millisinin üzvləri hansı klubların yetirməsidir?

Əslində, biz yerli və xarici klublarda yetişənlər arasında ayrıseçkilik etmirik. Problem xaricdə yetişənləri ölkəyə gətirib məhv etməkdən gedir. Məsələn, gürcülər bunu etmir, amma ermənilər edir. Bəs estonlarda vəziyyət necədir?

Hazırda Polşanın “Podbeskidze” klubunun qapıçısı olan Matvey İqonen Tallinin “Ayaks” və “FKİ Tallin” klublarının yetirməsidir. Hazırda 26 yaşı olan qapıçı 4 il əvvəl Norveçin “Lilleström” klubuna yollanıb. Doğrudur, o, 2020-ci ildə “Flora”ya qayıtsa da, bu yay Polşaya üz tutub.

20 yaşlı qapıçı Karl Heyn 4 il əvvəl İngiltərənin “Arsenal” klubunun akademiyasının qapısından içəri keçib. O, hazırda icarə əsasında “Ridinq”də çıxış edir. İngiltərəyə gedəndən sonra Araz Abdullayev kimi Yunanıstanda gəzişib vətəninə qayıtmayıb – gedib Çempionşipdə oynayır.

Keçək müdafiə xəttinə. Hazırda “Flora”da çıxış edən Henrik Pürq heç “Nımme Kalyu” yetirməsidir və heç vaxt legioner həyatı yaşamayıb. “Levadiya” yetirməsi olan Artur Pikk bir müddət Belarus, Slovakiya, Polşa, Finlandiya, Macarıstan və Latviyada gəzişdikdən sonra yenidən vətəninə qayıdıb. “Parnu”dan çıxan Rasmus Peetson isə hələ də Estoniyadan kənara çıxmayıb. “Tulevik” yetirməsi Yonas Taam da Skandinaviya ölkələri, Polşa və Ukraynadan sonra hazırda Rumıniyada çıxış edir. “Tulevik”in bir başqa yetirməsi Karol Mets isə “Sürix”in uğurları üçün tər tökür.

Daha bir “Flora” yetirməsi Ken Kallaste Polşada klubları əlcək kimi dəyişdikdən sonra doğma komandasına qayıdıb. “Flora”da yetişən rusəsilli Nikita Baranov isə ilk peşəkar addımlarını “Ararat”da atıb. O, hazırda “Pünik”də çıxış edir. “Levadiya” akademiyasının məzunu Tayo Teniste uzun illər Norveçdə oynadıqdan sonra hazırda “Tartu”da oynayır.

Gördüyünüz kimi, müdafiəçilərin hamısı yerli klubların yetirmələridir, və əksəriyyəti legioner həyatı yaşayıb. İndi də yarımmüdafiə xəttinin üzvləri ilə tanış olaq.  Burada da ancaq Estoniya klublarının yetirmələri millinin sapına mirvari kimi düzülüb. Bu mənada yalnız hazırda “Flora”da oynayan Markus Sommetsi istisna edə bilərik. O da ki, qismən.

Sommets bir il A Seriyasında çıxış edən “Sampdoriya”nın akademiyasında təhsil alsa da, buna qədər Tartu şəhərinin “Santos” akademiyasında futbolun sirlərinə yiyələnib. Markus 2019-cu ildə İtaliyanın D divizionunda çıxış edən “Rende” klubuna yollansa da, orada çox qala bilməyib. Elə Georgi Tunyov da eyni ssenarinin səhifəsində yer alıb. Amma bir qədər fərqli şəkildə. Tunyov “Narva Trans”ın yetirməsi olsa da, 2018-ci ildə İtaliyaya yollanıb, SPAL akademiyasına daxil olub. Hazırda icarə əsasında İtaliyanın “Karrareze” klubunda oynasa da, müqavilə ilə hələ də SPAL-a məxsusdur.

Yarımmüdafiə xəttində qərarlaşan digər estonlara gəlincə, Rokko Robert Şeyn “Flora”, Boqdan Vatsyuk “FKİ Tallin”, Konstantin Vasilyev “Tallina”, Martin Miller isə “Tammeka” klubunun yetirməsidir.

Estoniya millisinin hücum xəttində daha bir “Sampdoriya” yetirməsi var. Söhbət bir il bu klubun gənclərdən ibarət komandasında oynayan Henri Anyerdən gedir. Amma ilk peşəkar karyerasına Estoniyada başlayan forvard sonradan dünya səyahətinə çıxıb və yalnız iki il əvvəl vətəninə qayıdıb. İndi isə Taylandda oynayır.

Daha bir əcnəbi klub yetirməsi Henrik Oyamaadır. “Flora”dan “Derbi Kaunti”yə göndərilən Henrik uzun illər legioner həyatı yaşayıb və yalnız ötən il “Flora”ya qayıdıb. Digər hücumlar Erik Sorqa (“Legion” və “Flora), Vlasi Sinyavski (“Narva Trans”, “Tallina” və “Puuma”), Rauno Sappinen (“Flora) və Robert Kirss (“Parnu”) yerli klubların yetirməsidir.

Gördüyünüz kimi, estonlar qətiyyən AFFA-nın yolu ilə addımlamırlar. Estoniya klublarının əsas məqsədi öz akademiyalarında yetişdirdikləri oyunçuları peşəkar addımlar atmazdan əvvəl İtaliya və İngiltərəyə yola salmaqdır. Xaricə yola düşənlərin böyük əksəriyyəti isə yalnız karyeralarının qürub çağlarında vətənlərinə qayıdır.

Elə Latviya millisində də oxşar vəziyyətdir. 3 futbolçunu istisna etsək, qalanları ilk peşəkar karyeralarına yerli klublarda başlayıb. Digər 3 futbolçu isə Latviya klubunun akademiyasından xarici klubun akademiyasına üz tutub. Amma onlar da sonradan geri qayıdıb.  Millinin qapıçısı Rihardis Matreviçs “Vest Hem”də qapıçılığın sirlərinə yiyələndikdən sonra bir müddət Britaniyada fırlanıb və ötən il Latviyaya geri dönüb. Yarımmüdafiəçi Alekseys Savelyevs “Verona”da yetişdikdən sonra “Mantova”da oynayıb və “Riqa”ya gəlib. “Bayer”dən çıxan hücumçu Andreys Çiqaniks hələ Latviyaya gəlib çıxmayıb.

Gördüyünüz kimi, Latviya millisinin Emin Mahmudov və Ramil Şeydayevə oxşayan cəmi iki futbolçusu var. Amma bu futbolçular da Latviya akademiyalarından sonra xarici akademiyalara yollanıb. Amma bu sözləri Şeydayevlə Mahmudova aid etmək olmaz – onları AFFA Rusiyadan tapıb, ölkəmizdə yetişməyiblər.

Litva yığmasında isə 8 xarici futbol akademiyasının üzvü var. Yeri gəlmişkən, onlardan biri ötən mövsüm “Səbail”də çıxış etmiş Domantas Şimkusdur. Amma Danimarkanın “Olborq” klubunun yetirməsi olan bu futbolçu karyerasına Litvada başlayıb. Digər 7 futbolçunun isə heç biri Litva çempionatının dadını çıxarmayıb.

Gördüyünüz kimi, Baltikyanı ölkələrin futbol federasiyaları və klubları futbolçu yetişdirməklə məşğuldur, bazardan yerli mal alıb evə gətirmirlər. Öyrənəcəyimiz çox məqamlar və çox ölkələr var. Hamısına səyahət edəcəyik…

ABBAS

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-25 19:19

“Sabah” U-19 Gənclər Liqasının qalibi oldu

blank
Ölkə futbolu2024-04-25 19:00

“Qaradağ Lökbatan” MOİK-lə “sülh bağladı”

blank
Ölkə futbolu2024-04-25 18:46

Maliyyə menecerləri üçün seminar keçirildi

blank
Ölkə futbolu2024-04-25 18:32

Azərbaycan millisi Özbəkistan yığmasına məğlub oldu

blank
Digər idman növləri2024-04-25 18:15

AVF prezidenti voleybol klubunun ilk məşqini izləyib

blank
Digər idman növləri2024-04-25 18:00

Azərbaycanlı məşqçilərə sertifikatlar təqdim olundu

blank
Müsahibə2024-04-25 17:42

Ceyhun üçün 5 final oyunu: “Qarabağ” haqda daha sonra düşünəcəyik”

blank
Ölkə futbolu2024-04-25 17:27

Azərbaycanın FIFA referisi Terimin komandasının oyununa təyinat aldı

blank
Digər idman növləri2024-04-25 17:27

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

blank
Ölkə futbolu2024-04-25 17:10

Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub

blank
Dünya futbolu2024-04-25 16:53

Xavi “Barselona”da qaldı – RƏSMİ

blank
Ölkə futbolu2024-04-25 16:39

PSJ-nin prezidentindən “Qarabağ”a təbrik

blank
Dünya futbolu2024-04-25 16:35

Mbappedən PSJ-də daha bir rekord

blank
Digər idman növləri2024-04-25 16:19

Çili gələn il dünya çempionatını qəbul edəcək

blank
Dünya futbolu2024-04-25 16:00

Vinisius Nadalla şəkilni paylaşdı

blank
Dünya futbolu2024-04-25 15:47

Premyer Liqanın cari mövsümü tarixə düşdü

blank
Ölkə futbolu2024-04-25 15:33

“Neftçi” Rusiyada beynəlxalq turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 15:16

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

blank
Ölkə futbolu2024-04-25 15:01

Rəşad Sadıqovdan 3/3, əzəli rəqibi üçün əlçatmaz “Qarabağ”

blank
Ölkə futbolu2024-04-25 14:44

“Qəbələ”nin futbolçusu əməliyyat olundu

blank
Dünya futbolu2024-04-25 14:27

Piolini əvəzləməyə daha bir namizəd

blank
Digər idman növləri2024-04-25 14:12

Useyn Boltun təəssüfü

blank
Ölkə futbolu2024-04-25 13:54

Ürfan üçün yubiley

blank
Digər idman növləri2024-04-25 13:39

Azərbaycanın idman gimnastı dünya kubokunun finalında

blank
Ölkə futbolu2024-04-25 13:22

“Şamaxı” rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib

blank
Digər idman növləri2024-04-25 13:07

MBA-da fərqli nəticələr

blank
Ölkə futbolu2024-04-25 12:52

Azərbaycan Kubokunda finalçılar bəlli olur

blank
Milli komanda2024-04-25 12:41

Millimiz Minskdə növbəti oyununa çıxır

blank
Ölkə futbolu2024-04-25 12:30

AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək

blank
Digər idman növləri2024-04-25 12:22

“Fənərbağça” qələbə ilə başladı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm