Premyer-liqa
Stadionlar oyunları qəbul etməyə hazırdır – RƏSMİ
Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turunun matçlarına ev sahibliyi edəcək stadionlar tam hazır vəziyyətə gətirilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov sosial şəbəkə hesabında məlumat paylaşıb.
O, dörd stadionun hər birinin qardan təmizləndiyini vurğulayıb. Abbasov bu yolda fədakarlıq göstərən hər bir kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, bu gün Premyer Liqanın 17-ci turu çərçivəsində “Qəbələ” – “Sumqayıt” (15:00, Qəbələ şəhər stadionu), “Zirə” – “Neftçi” (16:00, Zirə İdman Kompleksi), “Sabah” – “Keşlə” (17:30, Bank Respublika Arena) və “Qarabağ” – “Səbail” (18:30, Azersun Arena) görüşləri baş tutacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”