Hesablamalatra görə dünyanın iki ən bahalı futboçusu Qaret Beyl və Kriştianu Ronaldo “Real”da nə vaxt birlikdə meydana çıxsa, komandanın statistik göstəriciləri yüksək olur. Futbolinfo.az xəbər verir ki, bu iki ulduzun birlikdə forma geydiyi son üç matçda "Kral Klubu” hər oyuna orta hesabla oyunbaşına 4 qol vurub və rəqib qapısına 12.3 dəfə zərbə endirib.
Bundan öncə Madrid klubunun statistikaları hər oyunbaşına 2.46 qol və 6.4 zərbə nisbətində idi.
Mütəxəssislər bunu iki futbolçunun da fiziki cəhətdən meydandakı figər oyunçulardan qat-qat üstün olması ilə əlaqələndirir.





