"Mançester Siti" klubunun argentinalı hücumçusu Serxio Aquero İngiltərə Premiyer Liqasında ayın ən yaxşısı seçilib. Futbolinfo.az xəbər verir ki, cənubi amerikalı ay ərzində keçirdiyi 3 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
 
Ayın ən yaxşı baş məşqçisi isə Maurisiyo Poçetino seçilib. O, "Sauthempton"la ay ərzində keçirdiyi 3 oyunda 7 xal yığıb.
 
Maraq üçün deyək ki, ötən ayın ən yaxşısı "Arsenal"ın uelsi futbolçusu Aron Remzi seçilmişdi.
Shares: