Topaz Premyer Liqasında oktyabr ayının ən yaxşı futbolçusu seçilən "Qarabağ"ın yarımmüdafiəçisi Reynaldo bu gün keçirilən mükafatlandırma mərasimində fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
 
“Ayın oyunçusu seçildiyim üçün şadam. Mənə səs verən hər kəsə təşəkkürümü bildirirəm. Ciddi təklif olarsa, Azərbaycan milli komandasında çıxış etmək haqqında düşünərəm. Hal-hazırda bütün diqqətimi klubdakı çıxışıma yönəltmişəm”.
Shares: