"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş "Rəvan"la oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Oyun çox maraqlı keçdi. Nəticədən də, oyundan da razıyam. Düşünürəm ki, iki xal itirdik. Komandaya oyuna görə təşəkkür edirəm. Premyer Liqamızda məğlub edilməz komanda yoxdur. Aqşin Muxtaroğlu müdfiəyə meylli oyunçu olduğu üçün onu bu gün oyuna buraxmadım. Kərim Diniyevin heyətə düşməməsi isə atası ilə əlaqədar deyil. Seçimim belə oldu”.





