Hər il keçirildiyindən fərqli olaraq bu il "Qızıl Top" mükafatının sahibi 5 namizəd arasından seçiləcək. Futbolinfo.az xəbər verir ki, bu xəbəri FİFA prezidenti Yozef Blatter mətbuata açıqlamasında deyib.
Ötən günlərdə açıqlanan 23 nəfərlik namizədin sayı dekabrın 9-dan 5-ə endiriləcək. Qalib isə yanvarın 13-də məlum olacaq.
Xatırladaq ki, FİFA 23 nəfərlik siyahını təqdim edərək federasiyalara göndərib və səsvermə prosesinə başlanılıb.





