İtaliyanın "Rai Sport 1" kanalına açıqlamasında “Yuventus”un yarımmüdafiəçisi Andrea Pirlonun “Beşiktaş”la anlaşdığına dair xəbər yayıb. Futbolinfo.az "Rai Sport 1"a istinadən xəbər verir ki, futbolçu “qara qartal“la hərtərəfli razılığa gəlib.
Onun gələn mövsümdən "Beşiktaş"da forma geyəcəyi bildirilir. İstanbul təmsilçisi Pirloya üç mövsümlük və hər il üçün 2.2 milyon dollar təklif edib.
Qeyd edək ki, bu keçid rəsmiləşsə, "Yuventus" Andreanın yerini Xabi Alonso ilə doldurmağı planlaşdırır.





