“Atletiko”nun forvardı Dieqo Kostanın İspaniya millisində oynamaq arzusu ürəyində qalıb. Futbolinfo.az xəbər verir ki, La Liqanın son turunda "Vilyareal"la görüşdə (1:1) zədələnən futbolçu yığmanın heyətindən kənarlaşdırılıb.
Sağ ayağında yırtıq aşkarlanan Kostanın qarşıdakı yoldaşlıq görüşlərində iştirak etməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, əslən braziliyalı olan Kosta bir müddət öncə Braziliya millisindən də təklif almış, lakin İspaniyada oyanamağa üstünlük vermişdi.





