İtaliyanın köklü klublarından olan “İnter” 18 il sonra president dəyişikliyinə gedib.  Futbolinfo.az İtaliya KİV-inə istinadən xəbər verir ki, “neradzurra” bundan sonra 43 yaşlı indoneziyalı iş adamı Erik Tohir tərəfindən idarə olunacaq.
 
18 ildi bu postda olan Massimo Moratti isə vəzifədən rəsmən ayrılsa da, o “İnter”də faəliyyətini fəxri prezident kimi davam etdirəcək.
 
Qeyd edək ki, bu dəyişiklik bir müddətdi ki, gözlənilirdi. Belə ki, Tohir ötən həftələrdə “İnter”in səhmlərinin 70 faizini satın almışdı.
Shares: