Futbol üzrə Estoniya yığmasının kapitanı Konstantin Vasilyev Azərbaycana qarşı keçirdikləri yoldaşlıq matçını şərh edib. Futbolinfo.az xəbər verir ki, estoniyalı futbolçu komandasının 2:1 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
"Əla matç idi. Bütün oyunboyu əla futbol sərgilədik. Fikrimcə, rəqibdən daha üstün idik və tamamilə layiqli bir qələbə qazandıq".





