Türkiyə millisinin Şimali İrlandiya ilə yoldaşlıq görüşündə yeganə qolu vuran Mevlut Ərdinc oyundan sonrakı açıqlamasında maraqlı fikirlər səsləndirib. Futbolinfo.az xəbər verir ki, Fransanın "Sent Etyen" klubunda forma geyən futbolçu Türkiyə çempionatının səviyyəsini yüksək qiymətləndirib:
 
"Türkiyə çempionatı Avropa səviyyəsinə çatıb. Türkiyənin 4 böyük klubunun istənilən birində forma geyməyə hazıram. Ən böyük arzum isə Droqba ilə "Qalatasaray" forması geyməkdi".
Shares: