İngiltərə "Liverpul"unun və Uruqvay millisinin hücumçusu Luis Suaresə daha bir komanda "elçi" düşüb. Futbolinfo.az xəbər verir ki, söhbət İtaliyanın "Yuventus" klubundan gedir.
“Qoca sinyora” 26 yaşlı futbolçunun xidmətində maraqlıdı. Turin təmsilçisi dekabrın sonlarında mersisaydlara rəsmi təklif göndərəcəyini açıqlayıb. Son İtaliya çempionu Suares üçün iki futbolçusu – Leonardo Bonuççi və Kladio Markisyonu qarşı tərəfə verməyə hazırdı.
Qeyd edək ki, Suarezin qış fasiləsində "Real"a (Madrid) keçəcəyi də istisna olunmur.





