Bir vaxtlar Almaniya millisinin şərəfini qoruyan Mixael Ballak çərşənbə axşamı baş tutacaq İngiltərə – Almaniya oyunu öncəsi maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, 1999-2010 illəri aralığında 98 dəfə Almaniya yığmasının formasını geymiş Ballak İngiltərə ilə qarşılaşmaya dair fikrini bildirərkən bunları eyib:
"İngiltərə Almaniya və İspaniyaya nisbətən geridədi. Onlar özlərinə güvənməlidilər. Doğrudu, çox güclü oyunçuları var. Lakin indi istənilən səviyyədə deyillər. İngiltərə – Almaniya oyununa gəldikdə isə bu iki komandanın adı hər kəsə məlumdu. Əgər bu iki yığma üz-üzə gəlirsə, deməli olduqca prinsipial oyun olacaq".
Shares: