İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Ueyn Runi şənbə günü baş tutacaq Almaniya ilə yoldaşlıq oyunu haqqında danışıb. Futbolinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu almanlarla oyunu Premyer Liqa oyunlarına bənzədib:
 
"Almaniya ilə oyun daha çox Premiyer Liqa matçlarını xatırladacaq. Biz buna hazır olmalıyıq. Əgər almanları uda bilsək, bu bizim üçün böyük həzz olacaq və özümüzə güvənimiz artacaq".
 
Təcrübəli hücumçu Çili məğlubiyyəti haqqında da öz fikirlərini bildirib: “Çili yığması öz oyunu ilə bizi təəccübləndirdi. Onlar Amerika oyunu göstərdilər. Bu tərz oyuna qarşı durmaq çox çətindi".
 
Xatırladaq ki, İngiltərə yığması noyabrın 20-də Londonda Almaniya milli komandasını qəbul edəcək.
Shares: