Topaz Premyer Liqasında mübarizə aparan AZAL baş məşqçisi Vaqif Sadıqovla yollarını ayıra bilər. Futbolinfo.az xəbər verir ki, Sadıqovun Şüvəlan təmsilçisi ilə qışda yollarını ayırması gözlənilir.
 
Hətta mənbə yerli mütəxəssisin məsələ ilə bağlı rəhbərliklə görüşdüyünü də söyləyib. Məlumatı dəqiqləşdirmək üçün adı çəkilən şəxsin özü ilə əlaqə saxladıq.
 
Sadıqov məlumatı eşidən kimi əsəbi şəkildə "Bunlar hamısı boş söhbətlərdi. Nəyə görə Vaqif? Belə bir məsələdən söhbət gedə bilməz. Mən heç rəhbərliklə görüşməmişəm də. Bu cür xəbərləri kim çıxardır bilmirəm. Amma belə bir şey yoxdu" cavabını verdi.
 
Daha sonra "təyyarəçilər"in vitse-prezidenti Vaqif Qasımovun buna münasibətini öyrəndik. O isə yalnız "bunlar boş söhbətlərdi" deməklə kifayətləndi.
 
Qeyd edək ki, hazırda AZAL 13 oyundan 17 xal toplayıb və 6-cı pillədə qərarlaşıb.
Shares: