Türkiyə mətbuatı maraqlı bir faktın üstünü açıb. Futbolinfo.az xəbər verir ki, sən demə milli komandanın baş məşqçisi Fatih Terim yığma ilə müqaviləni yeniləmədən öncə ona təklif edilən başqa bir sözləşməni rədd edib.
 
Özü də elə belə sözləşmədən söhbət getmir. Belə ki, təcrübəli mütəxəssisi Qətərin "Ay Rayvan" klubundan gələn təklifi qəbul etsəydi, illik 9 milyon avro qazana bilərdi. Amma Terim Türkiyə Futbol Federasiyasına söz verməsini əsas gətirərək bu təklifi rədd edib.
 
Qeyd edək ki, Terim bu yaxınlarda yığma ilə 7 illik yeni müqavilə imzalayıb.
Shares: