"Qalatasaray" qış “transfer pəncərəsi”ndə "Çelsi"nin futbolçusu Con Terrini transfer edəcəkləri ilə bağlı yayılan xəbərləri təkzib edib. Futbolinfo.az xəbər verir ki, klub rəsmisi Lütfi Arıboğan ingilis müdafiəçi ilə maraqlanmadıqlarını deyib:
"Bizim transfer hədəfimiz Terrinin oynadığı mövqe deyil. Bundan başqa komandaya daha gənc oyunçular gətirməyi düşünürük. Terri "Qalatasaray"ın gündəmində yoxdu”.
Qeyd edək ki, İstanbul klubunun futbolçu üçün "Çelsi" ilə razılığa gəldiyi iddia edilirdi.





