Avropanın “böyük beşlik” deyə müraciət etdiyimiz çempionatlarında 2013/14 övsümündə bu ana qədər qeydə alınmış ən maraqlı 25 faktı təqdim edirik. Futbolinfo.az xəbər verir ki, burada söhbət yalnız İngitərə, İspaniya, Almaniya, İtaliya və Fransa çempionatlarından gedir.
1. La-Liqa bu çempionatlar arasında ən az qol vurulan çempionatdı. İspaniya çempionatında hər oyuna orta hesabla 2,42 qol vurulur. Bu siyahıda lider Bundesliqadı – hər oyunda orta hesabla 3,01 qol. Maraqlıdı ki, hətta müdafiə futboluna üstünlük verən İtaliya A Seriyası da bol qolluluğuna görə La Liqanı qabaqlayır.
2. Fransa çempionatında bombardirlik siyahısına başçılıq edən futboçular heç biri ötən mövsüm Liqa-1-də forma geymirdi – Edinson Kavani və Radamel Falkao.
3. İtaliya A Seriyası ən çox heç-heçələr qeydə alınan çempionatdı. Orta hesabla hər 4 oyundan biri sülhlə yekunlaşır.
4. İngitərə Premyer Liqası ən çox (13 dəfə) 0:0 hesabı qeydə alınan turnirdi. Bundesliqada isə cəmi 2 oyunda qapılara qol vurulmayıb.
5. Bu çempionatlarda yalnız 4 komanda – "Barcelona", "Roma", PSJ və "Bavariya" məğlubiyyət üzü görməyib.
6. Bundesliqada çıxış edən "Nürnberq" “böyük beşlik”də yer alan klublar arasında qələbə qazanmayan yeganə komandadı.
7. Ən çox qol vuran klub isə "Barcelona"dı – hər oyuna orta hesabla 2,92 qol.
8. "Kristal Pelas" ən az qol vuran klubdu – hər oyuna orta hesabla 0,54 qol.
9. Ən az qol buraxan komanda "Roma"dı – 12 oyuna 3 qol.
10. "Sassuolo" ən çox qol buraxan komandadı – hər oyuna orta hesabla 2,4 qol.
11. Ən yaxşı bombardirlər: Kriştianu Ronaldo (“Real”, Madrid)- 16 qol, Dieqo Kosta (“Atletiko”, Madrid) – 13 qol, Cüzeppe Rossi (Fiorentina) – 11 qol.
12. Təkcə Premyer Liqada ən çox məhsuldar ötürmə verən və ən çox qol vuran oyunçu statusunu bir oyunçu daşıyır – Serxio Aquero (Mançester Siti) – 8 qol, 4 məhsuldar ötürmə.
13. "Barselona", "Atletiko”, "Verona", "Mançester Siti", "Borrusiya" (Dortmund) və "Bavariya" bütün ev görüşlərində qələbə qazanıb.
14. "Nürnberq", "Ayntraxt", "Frayburq" və "Selta" doğma divarları arasında qələbəyə həsrətdi.
15. "Barcelona" və "Roma" səfərdə ən yaxşı nəticə göstərən komandadı – hərəyə 1 bərabərlik, qalan matçların hamısında qələbə!
16. "Kristal Pelas", "Kataniya", “Loryan” və "Hannover" rəqib meydanda xal qazanmayıb.
17. "Barselona" ötürmələrdən sonra ən çox qol vuran komandadı – 31 qol.
18. Ən çox məhsuldar ötürmə verən futbolçu Sesk Fabreqasdı. İspaniyalının hesabında 8 qol ötürməsi var.
19. "Roma"nın qapısının toxunulmazlıq müddəti 630 dəqiqədi. “Canavarlar” 4-10-cu tur aralığında qapısını toxunulmaz saxlayıb.
20. "Borrusiya” (Dortmund) rəqib qapılarını ən çox təhlükə altında saxlayan klubdu. Dortmundlular hər oyuna rəqibin qapı çərçivəsinə orta hesabla 9,25 zərbə endirirlər. La Liqada isə bu siyahlya Madrid "Real"ı başçılıq edir – hər oyuna orta hesabla 8,7 zərbə.
21. "Roma" 9 oyunda meydanı qol buraxmadan tərk edib. "Barcelona"da isə bu göstərici 7-di.
22. "Hannover" ən çox qayda pozuntusu edən komandadı – hər oyuna orta hesabla 19,3 qayda pozuntusu. La Liqada bu siyahına "Espanyol" başçılıq edir – hər oyunda orta hesabla 17,5 pozuntu.
23. "Elçe" ən çox sarı vərəqə alan klubdu – hər oyuna orta hesabla 3,69 sarı vərəqə.
24. "Real” (Madrid) oyunçuları ən çox oyundankənar vəziyyətə düşürlər. Orta hesabla hər oyuna 5 dəfə.
25. La Liqada ən çox – hər oyuna orta hesabla 5,4 sarı vərəqə göstərirlir. Premyer Liqa isə bu siyahıda sonuncudur – hər oyuna orta hesabla 3,2 sarı vərəqə.





