Londonun “Çelsi” klubunun yarımmüdafiəçisi Frenk Lempard İngiltərə və Almaniya yığmaları arasında keçiriləcək yoldaşlıq oyunu haqda danışıb. Futbolinfo.az xəbər verir ki, futbolçu onlar üçün çox çətin və bir o qədər də maraqlı oyun olacağını deyib.
Millinin kapitanı oyun öncəsi bu ifadələrə yer verib: “Almaniya millisi çox güclü komandadı. Onların gənc və istedadlı oyunçuları var. Bu bizim üçün yoldaşlıq oyunu deyil. İngiltərə ilə Almaniya arasında heç vaxt yoldaşlıq görüşü olmur”.
Qeyd edək ki, İngilətərə – Almaniya görüşü bu gün Londonda baş tutacaq.





