"Qalatasaray"ın keçmiş baş məşqçisi Mirça Luçesku İstanbul klubunun hazırkı çalışdırıcısı Roberto Mançiniyə tövsiyyə verib. Futbolinfo.az xəbər verir ki, iki komanda arasında baş tutan yoldaşlıq oyununda sonra italyan mütəxəssislə görüşən Luçesku ona "Cim-Bom"da futbolçularla Avropa klublarında olduğu kimi davranmamağı məsələhət görüb:
"Qalatasaray" Türkiyənin ən böyük klubudu. Futbolçularınla Avropada olduğu kimi çox sərt davranma. Onlarla yaxşı münasibət qur. Lazım gəldikdə sərt ol, amma soyuq münasibət göstərmə".
Qeyd edək ki, Mançini "Mançester Siti"də işləyərkən bəzi oyunçuları ilə problem yaşamışdı.





