“Yoldaşlıq və rəsmi oyunlar arasında böyük fərq var. Mövsümün sonudu. Bu səbəbdən komandalar hazır olmaya bilər”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri Qırğızıstan millisinin baş məşqçisi Sergey Dvoryankov deyib.
Bu gün Bişkekdə Qırğızıstan və Azərbaycan yığmaları arasında yoldaşlıq görüşü baş tutdu. Qolsuz heç-heçə başa çatan matçın ardından rəqibimizin çalışdırıcısı fikirlərini bölüşüb:
“Foqts məni nə ilə təəccübləndirdi? Deyə bilmərəm. Son iki oyununuza baxmışam. Bu görüş həmin qarşılaşmalardan fərqlənmədi. Komandanızda mərkəz hücumçunuzu bəyəndim (Rauf Əliyevi nəzərdə tutur). Çox çalışdı”. (apasport.az)





