Çexiyanın “Viktoriya” komandasının baş məşqçisi Pavel Vrba dekabrın 15-də klubu ilə müqaviəsini pozacaq. Buna səbəb isə çalışdırıcının həmin vaxtdan etibarən yığmanın başına keçməsidi.
Futbolinfo.az xəbər verir ki, Çexiya Futbol Federasiyasının prezidenti Miroslav Pelta bu barədə ictimaiyyəti məlumatlandırıb: "Pavel Vrba ölkəmizdə “Viktoriya”nı çalışdıraraq böyük nüfuz əldə edib. İnanıram ki, atacağımız addım öz bəhrəsini verəcək. Mən də öz tərəfimdən onun üçün lazımi şəraiti yaratmağa çalışacağam."
Onunla çüqavilənin detalları isə rəsmi imza mərasimində açıqlanacaq.





