Ötən axşam baş tutan pley-off oyunlarından sonra Braziliyada keçiriləcək dünya çempionatına gedəcək daha 7 komandanın adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, Avropa zonasından son 4, Afrika qitəsindən 2, Şimali Amerikadan isə daha 1 yığma mundiala vəsiqə qazanıb.
 
Bununla da, dünya çempionatında iştirak edəcək komandaların sayı 31-ə yüksəlib. Son vəsiqənin sahibinə bu gecə keçiriləcək Yeni Uruqvay – İordaniya (ilk oyun – 5:0) qarşılaşmalarından sonra aydınlıq gələcək.
 
Ümumilikdə isə Avropa zonasından 13, Cənubi Amerikadan 7, Şimali Amerikadan 3, Asiya qitəsindən 4 komanda, Afrikadan isə 5 yığma DÇ-2014-də iştirak etmək hüququ qazanıb.
 
Avropa: İspaniya, Almaniya, İtaliya, Hollandiya, İngiltərə, Belçika, İsveçrə, Rusiya, Bosniya və Hersoqovina, Portuqaliya, Fransa, Yunanıstan və Xorvatiya.
 
Cənubi Amerika: Braziliya, Argentina, Kolumbiya, Çili, Honduras, Ekvador. 
 
Şimali Amerika: ABŞ və Kosta-Rika.
 
Asiya: Yaponiya, Cənubi Koreya, Avstraliya və İran.
 
Afrika: Kamerun, Nigeriya, Fil Dişi Sahili, Qana və Əlcəzair.
Shares: