"Real" (Madrid) rəhbərliyi komandanın aparıcı futbolçusu Xabi Alonsoya iki illik yeni müqavilə təklif edib. Futbolinfo.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi yeni  sözləşməni imzalayacağı təqdirdə, ildə 4.5 milyon avro qazanacaq.
 
Hazırda "Çelsi" və "Yuventus" kimi klubların maraq dairəsində olan Alonsonun hansı qərar verəcəyi maraqla gözlənilir.
 
Qeyd edək ki, əgər futbolçu klubun ona təklif etdiyi müqaviləni rədd etsə, yayda azad agent statusu alaraq istədiyi komandaya sərbəst şəkildə keçə biləcək.
Shares: