Almaniya bundesliqasında birinci pillədə olan "Bavariya" qış transferi pəncərəsində heyətinə heç bir futbolçunu qatmayacaq. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun idarə heyətinin rəhbəri Karl Haynz Rummenigge mətbuata açıqlamasında deyib.
 
O, komandada zədəli oyunçuları olmasına bamxayaraq, yeni transferə ehtiyac olmadığını bildirib: "Geniş bir heyətə sahibik. Meydanda da möhtəşəm oyun nümayiş etdiririk. Zədəli futbolçular da yenidən oyunlarda iştirak etdikdən sonra  problemimiz qalmayacaq. Futbolçuların hamısı komandadan ayrılmaq istəmir. Dəqiq deyə bilərəm ki, yanvar ayında heç bir transfer etməyəcəyik".
Shares: