Avropa futbol ailəsinə yeni komanda daxil olub. Futbolinfo.az xəbər verir ki, Cəbəllütariq adlanan milli ilk oyununa çıxıb.
Komanda dünən Slovakiyanın qonağı olub və meydandan 0:0 hesablı bərabərliklə ayrılıb.
Birləşmiş Krallığa bağlı 6 kvadrat kilometrlik dövlət bir müddət əvvəl UEFA-nın üzvü olub. İspaniyanın cənubunda bir qayalıq üzərində qurulan Cəbəllütariq AVRO-2016-nın seçmə mərhələsinə də qoşulacaq.
San Marinodan belə kiçik olan ölkədə cəmi 600 lisenziyalı futbolçu var.





