Bu gün Lissabonda futzal üzrə UEFA Kubokunun elit mərhələsinin qrup oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, bu mərhələdə Azərbaycan çempionu “Araz” da "dördlər finalı"na vəsiqə uğrunda mübarizə aparır.

Təmsilçimiz ilk oyununda Hollandiya “Eyndhoven”i ilə qarşılaşıb. Azərbaycan çempionu ilk oyununda inamlı qələbə qazanmağa nail olub.
 
Qrupun digər oyununda isə Macarıstanın “Qyor” komandası meydan sahibi “Sportinq”ə qarşı mübarizə aparacaq.
 
Qeyd edək ki, nizamnaməyə əsasən "dördlər finalı"na qrup qalibləri vəsiqə qazanacaq.
 
UEFA Kuboku, Elit mərhələ
D qrupu
21 noyabr
 
Araz – Eyndhoven – 6:3 (3:2)
Qollar: Auqusto, 5 (1:0), Edu, 7 (2:0), Bali, 9 (2:1), Əl Attabi, 10 (2:2), Rafael, 11 (3:2), B.Jade, 24 (4:2), V.Borisov, 30 (5:2), Qəmbərov, 31-öz qapısına (5:3), Amadeu, 34 (6:3).
 
ARAZ: 1. Buranello, 3. Fabiano, 5. Felipe, 6. Edu, 9. Amadeu.
Ehtiyat oyunçular: 19. Elnur Zamanov, 2. Marko Periç, 10. Biro Jade, 13. Qəmbərov, 15. Rafael, 18. Auqusto, 4. Serjao, 11. Davi, 14. Vitali Borisov (k).
EYNDHOVEN: 1. Qrimmelius (k), 7. Zerualİ, 9. Bali, 10. Əl Attabi, 15. Əl Qannuti.
Ehtiyat oyunçular: 13. Kaptejin, 6. Van Den Akker, 8. Ter Linden, 11. Adem Koçak, 14. Kuylaars.
 
00:30. Sportinq – Qyor
Shares: