Futbol üzrə Azərbaycan yığmasının və "Sumqayıt"ın qapıçısı Anar Nəzirov futbolinfo.az saytına müsahibəsində milli komandanın 2013-cü ildəki çıxışını və Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçiriləcək "Simurq"la oyunu dəyərləndirib.
– Estoniya ilə oyunda hesabı açdığımız halda məğlub olduq. Qələbə hesabını qoruya bilməməyinizə nə səbəb oldu?
– İlk hissədə biz onlardan üstün futbol nümayiş etdirdik. 2-ci hissədə isə Estoniya bizdən daha güclü təsir bağışladı. Onlar xarakter göstərdilər. Estoniya millisinin qələbə istəyi bizimlə müqayisədə daha çox idi.
– İlk hissədə biz onlardan üstün futbol nümayiş etdirdik. 2-ci hissədə isə Estoniya bizdən daha güclü təsir bağışladı. Onlar xarakter göstərdilər. Estoniya millisinin qələbə istəyi bizimlə müqayisədə daha çox idi.
– Bu məğlubiyyətdə özünüzü nə dərəcədə günahkar hesab edirsiz?
– Məğlubiyyətdə hər kəs özünü günahkar hesab etməlidi. Məğlub olduğumuz üçün hər kəs kimi, mən də özümü günahkar hesab edirəm. Biz ora gecə çatdıq. 6 saat yol getdik. Onlar isə 3-4 gün orda məşq etmişdilər. Hava şəraiti də çox soyuq idi. Düzdü, bunlar bəhanə deyil. Ancaq istər-istəməz oyuna təsir etdi.
– Buraxılan qollarda səhviniz olduğunu düşünmürsüz?
– Qapıçı heç vaxt qol buraxmaq istəməz. Qapımıza vurulan qollarda heç bir səhv buraxdığımı düşünmürəm.
– Elədisə, niyə onda baş məşqçi Qırğızıstan ilə oyunda sizə yox, Səlahət Ağayevə şans verdi?
– Biz bu oyunlara 3 qapıçı ilə getmişdik. Orada bizə deyilmişdi ki, hər oyunda birinizə şans veriləcək.
– Ümumiyyətlə, yığmanın 2013-cü ildəki çıxışını necə dəyərləndirirsiz?
– Son tsikildə oyunlarımız pis alınmadı. Oyunumuzda inkişaf olduğunu açıq-aşkar hiss etmək olur. Əvvəl müdafiə futbolu oynayırdıqsa, indi hücüm futbolu oynayırıq. Qollar da vurmağı bacarırıq. İndi düz-əməlli futbol oynayırıq. Azərbaycan millisinin inkişafa doğru getdiyini demək olar.
– Berti Foqstun müqaviləsinin müddəti başa çatmaq üzrədi. Qırğızıstanla oyundan sonra da o, jurnalistlərlə vidalaşdı. Sizcə, onun millimizdən getməsi düzgün qərardı?
– Bu, məşqçinin öz qərarıdı. Ola bilər getsin, ola bilər qalsın. Buna biz qərar vermirik.
– Foqtsun yerli, yoxsa əcnəbi məşçi ilə əvəz edilməsinin tərəfdarısız?
– Milli komandaya kim yaxşı xeyir verəcəksə, onun gətirilməsinin tərəfdarıyam. İstər yerli olsun, istər xarici. Əsas olan millinin uğurlu çıxışıdı.
– "Sumqayıt" Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Simurq"u qəbul edəcək. Oyuna hazırlıq necə gedir?
– Mən məşqlərə dünən qoşulmuşam. Hazırlıq pis getmir. Çalışacağıq ki, AZAL və "Rəvan" ilə oynadığımız futbolu "Simurq"a qarşı da sərgiləyək. Bizə son pillələrdən qurtulmaq üçün xal lazımdı. "Simurq" üzərində mütləq qələbə qazanmağa çalışacağıq.
– "Simurq" üzərində qələbə qazanacağınız təqdirdə rəhbərlik futbolçulara mükafat söz verib. Bu, sizin motivasiyanıza nə dərəcədə təsir edəcək?
– Rəhbərlik hər dəfə qələbə qazanacağımız təqdirdə pul mükafatını verəcəyini açıqlayır. İstər çox olsun, istərsə də az. Biz əsas pula görə yox, komandanın imici üçün oynayırıq. Gənclərdən ibarət bir komanda olmasına baxmayaraq, çalışırıq ki, axırıncı yerdən canımızı qurtaraq.
– "Rəvan"la oyundan sonra futbolçuların maaşının 30 faizi kəsildi. Bu, sizə necə təsir etdi?
– Bizə 4 tur qabaqcadan deyilmişdi ki, əgər autsayderlər sırasından çıxmasaz, maaşlarınız kəsiləcək. Bizdə AZAL və "Rəvan"a qarşı çox yaxşı oynadıq, ancaq qalib gələ bilmədik. O da təcrübəsizlikdən irəli gəlir. Rəhbərlik nə qərar verirsə, biz ona hörmətlə yanaşırıq.
– Sizcə, bu cür şərt mövsümün əvvəlindən qoyulsaydı, komandanın indiki nəticəsi daha yaxşı ola bilərdi?
– Onu dəqiq deyə bilmərəm. Belə cərimələr hər klubda tətbiq olunmur. İnşallah yaxşı təsirini görərik.
– Onu dəqiq deyə bilmərəm. Belə cərimələr hər klubda tətbiq olunmur. İnşallah yaxşı təsirini görərik.
EMİN SƏFƏROV





