Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən "Bakı" ilə oyunda "Xəzər Lənkəran" azarkeşləri rəhbərlik əleyhinə müxtəlif şüarlar səsləndirməkdədilər. Futbolinfo.az xəbər verir ki, cənublu fanatlar hələ bir müddət öncə bundan sonrakı oyunlarda rəhbərliyi, xüsusilə Tuyqun Nadirovu istefaya səsləyəcəklərini bildirmişdilər.
"Bakı" ilə qarşılaşmanın elə ilk dəqiqələrindən etibarən cənublu azarkeşlər Nadirova ismarıc ünvanlayıblar. Belə ki, onlar "sən bizi, Tuyqun, nə günə qoydun" şüarını səsləndirmişdilər. Qarşılaşmanın 66-cı dəqiqəsində XL hesabda geri düşəndən sonra isə lənkəranlılar "Tuyqun, istefa" şüarlarını da səsləndirməyə başlayıblar.





