"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşdıqları AZAL-la oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, qəbələlilərin rusiyalı çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
 
"Gözəl bir meydanda keyfiyyətli oyunun şahidi olduq. Hər iki komanda gərgin mübarizə apardı. Kombinasiyalar yaxşı qurulmuşdu. Leanardonun gözəl zərbəsi bizə 3 xalı qazandırdı. Baxmayaraq ki, hər iki komandanın çoxlu qol şansları oldu. Fikrimcə, darıxdırıcı oyun olmadı. Siz ən çox böyük hesablı qələbələri xoşlayırsız. Ancaq mənim daha çox xoşuma gələn 1:0 hesabıdı".
Shares: