"Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşakın bu gün istefa verdiyini xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, artıq cənub klubu bu məlumatı rəsmi saytı vasitəsilə təsdiqləyib.
 
Bu barədə yayılan açıqlamada bunlar bildirilib:
 
“Bakı” – “Xəzər Lənkəran” matçından sonra keçirilən klubdaxili iclasda baş məşqçi Con Bencamin Toşak istefa verib. Təcrübəli çalışdırıcı klubumuzda çalışdığı müddətdə ona yaradılan şəraitdən razılığını ifadə edərək alınan nəticələrə görə şəxsən özünün məsuliyyət daşıdığını bildirərək istefa verib. Con Toşakın istefasından sonra komandaya rəhbərlik Covanni Melkiorrenin rəhbərliyi altında məşqçilər korpusuna həvalə olunub".
Shares: