Topaz Premyer Liqasının 14-cü turunun "İnter" – "Neftçi" matçı öncəsi qonaq komandanın azarkeşləri xüsusi aksiya təşkil ediblər. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralı" fanatlar hazırda həbsdə olan "Neftçi" azarkeşi Zaur Ərəbovu xatırlayıblar.
Belə ki, tərəfdarlar bu münasibətlə "Şəfa" stadionunda "Hamımız gedənə kimi" pankartını asıblar. Onu ad günü münasibətilə təbrik etməyi də unutmayan Ərəbovla bağlı başqa şüarlar da səsləndiriblər.
Qeyd edək ki, Zaur Ərəbov bir neçə ay öncə Lənkəranda keçirilmiş "Xəzər Lənkəran" – "Neftçi" oyunundan sonra həbs olunan fanatlardan biridi.





