“Real” (Madrid) rəhbərliyi Çempionlar Liqası çərçivəsində çərşənbə günü “Qalatasaray”la oyuna ciddi hazırlaşır. Futbolinfo.az xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda keçiriləcək matçda “Kral Klubu”nun futbolçusu Kriştianu Ronaldo üçün xüsusi sürpriz hazırlanıb.
Belə ki, azarkeşlər portuqaliyalı ulduzu "Qızıl top" müsabiqəsində qalib olmağa layiq saydığından ona qryr-adi yolla dəsrtək olduğunu göstərəcək. Bu səbəbdən də oyun üçün 40 min Ronaldo şəkli hazırlanıb. Azarkeşlər bu şəkilləri məhz sifətlərinə tutacaqlar. Bununla da “Santyaqo Bernabeu”da 40 000 Ronaldo çöhrəsi olacaq.
Əlavə edək ki, “Real” “Qalatasaray”la oyunda pley-offa vəsiqəni təmin edə bilər.





