Madrid Atletikosunun baş məşqçisi Dieqo Simeone “Xetafe” ilə oyunda qələbədən (7:0) sonra ənənəvi fikirlərini təkrarlayıb. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı İspaniya çempionatının darıxdırıcı olduğunu qeyd edib:
«Mən İspaniya çempionatını yenə də darıxıdırıcı sayıram. Titul uğrunda “Barselona” və Madrid komandaları mübarizə aparırlar. Əlbəttə ki, biz hər oyunda tam qüvvə ilə oynamağa çalışırıq. Lakin indidən sonda hansı yerdə olacağımızı söyləmək mümkün deyil. Hazırda mən “Atletiko”da mobil və sürətli komanda yaratmaq istəyirəm. Məncə pis də alınmır".





