“Hələ ki, həkim nəzarəti altında trenajor və digər məşqlər edirəm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Rəvan”ın yarımmüdafiəçisi Tofiq Mikayılov deyib.
 
Futbolçu zədəsindən danışıb: “Həkimimlə danışmışam. O, mənə deyib ki, dekabr ayının sonunda stadionda məşqlərə çıxacaqsan. Fərdi məşqlər də yəqin bir ay, ayyarım çəkər. Sonra heyətə qayıdaram”.
 
Mikayılov komandasının “Qarabağ”la oyunu barədə də fikirlərini bildirib: “Komandam əzmkar oynadı. Rəqibin necə komanda olduğunu deməyə ehtiyac yoxdu. Bu gün “Rəvan” meydanda savaşıb rəqibdən bir xal aldı”.
 
Yarımmüdafiəçi Şahin Diniyevin “Rəvan”a təyinatının komandaya kömək edəcəyini bildirib: “Diniyev komandaya gələndən sonra çox şey dəyişib. Mən də onun rəhbərliyi altında oynamaq istəyirəm. Şahin müəllim komandaya yeni gələndə mənimlə fərdi söhbət etdi. O , dedi ki, sağal qayıt, səni komandada gözləyirəm”.
Shares: