Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti Məsut Özilin "Arsenal"a tranfer olunması ilə bağlı maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, İngiltərə mətbuatına danışan italiyalı mütəxəssis Özil kimi istedadlı futbolçunu "Arsenal"a satdığı üçün Arsen Vengerin ona borclu olduğunu deyib:
 
"Arsenal" bu mövsüm çox yaxşı təsir bağışlayır. Ancaq onlara bizim də yardımımız oldu. Özili bu komandaya satmaq mənim qərarım idi. Buna görə Venger mənə qonaqlıq borcludu.
 
Qeyd edək ki, Özil 47 milyon avro müqabilində "topçular”a keçmişdi.
Shares: